Azərbaycanda ailə faciəsi – Gənc qız hamamda çimərkən öldü

20
dek
2018
11:31
Ötən gün Sumqayıt şəhərində 20 yaşlı qız evində ölüb.Bu barədə Sumqayıt şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə köhnə Corat qəsəbəsi, ev 428 ünvanında baş verib.Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Günel Əlibaba qızı Dövlətzadə çimmək üçün hamama girib. Bir müddət sonra onun anası qızından səs gəlmədiyini görüb. Qapını açdıqda Günel Dövlətzadənin meyitini tapıblar.Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.Meyitin müayinəsindən sonra ölümün səbəbi məlum olacaq.Faktla bağlı araşdırma aparılır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Goranboyda piyadanı maşın vurub öldürdü, yaxınları yolu bağladı
Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Samux rayonun...