Azərbaycanda 42 yaşlı kişi sinif yoldaşını və qohumunu öldürüb polisə təslim oldu - TƏFƏRRÜAT - VİDEO
13
may
2018
10:49
Sabirabad sakini 2 nəfər həmyerlisini bıçaqla qətlə yetirib.Səhər saat 11.00 radələrində 42 yaşlı Firqət Əliyev sinif yoldaşını və qohumunu bıçaqla qətlə yetirib. Əvvəlcə Saatlının Sarıcalar kəndində yerləşən dəmir yol stansiyasına gələrək orada mühafzəçi işləyən Sabirabad sakini, 42 yaşlı Kamran Yaqubovu , daha sonra isə Sabirabadda, pambıq emalı zavodunda mühafizəçi işləyən, 46 yaşlı Teymur Sadıqovu evlərinin qarşısında bıçaqlayaraq qətlə yetirib.Qətli törətdikdən sonra Firqət Əliyev özü Sabirabad polisinə gedərək təslim olub. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri də var. Hadisənin hələlik hansı səbəbdən törədildiyi istintaq tərəfindən aydınlaşdırılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Sabirabadda 41 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb
Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.BAKU.WS APA-ya istinadən Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci i...