Ukraynada Azərbaycan diplomatı içib qəza törətdi - VIDEO
Bu gün Azərbaycanın Kiyevdəki səfirliyinin yüksək vəzifəli əməkdaşı sərxoş vəziyyətdə xidməti avtomobili yüksək sürətlə idarə edərək ağır qəza törədib.
BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Kiyevin Bessarabiya meydanı yaxınlığında baş verib. Məlumata görə, səfirliyə məxsus "Mitsubishi Outlander” markalı avtomobili Kreşatik meydanından Şevçenko bulvarına dönən zaman sürət yüksək olduğundan idarəetməni itirərək səkiyə çıxıb. Beton manəyə çırpılan maşın əks hərəkət hissəsinə çıxraq "Renault” və "Toyota” markalı iki avtomobili dəyib.
Qəza nəticəsində hər iki avtoomobilin sürücüsü xəsarət alıb. Qəzadan sonra diplomatın avtombili qısa zamanda hadisə yerindən evakuasiya edilib. Bildirilir ki, sükan arxasında ya səfirin özü, ya da onun müavini olub. Sükan arxasında Azərbaycan konsulu olduğ da ehtimal edilir.
Qəzaya səbəb olan diplomatın özünün xəsarət alıb-almadığı haqda məlumat yoxdur.
KÜRŞAD ƏLİ
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ağır qəza: “KamAZ” aşdı – FOTO
Bakıda "KamAz” sürücüsü qəza törədib. Hadisə Nizami rayonu, Qara Qarayev prospektində baş verib. BAKU.WS-in musavat.com-a istinadən xəbər verir ki, sürücü pros...