“Azərişıq” ASC-nin əməkdaşı iş başında yandı

“Azərişıq” ASC-nin əməkdaşı iş başında yandı
Hadisə 238

Gəncədə “Azərişıq” ASC-nin əməkdaşı iş başında ağır yanıq xəsarətləri alıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü İlkin Məsim oğlu Abbasov şəhərin İnşaatçılar küçəsində elektrik naqillərində yaranmış nasazlığı aradan qaldırarkən naqillərdə alışma baş verib.

Nəticədə ASC-nin əməkdaşı ağır yanıq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan elektrikə 3 və 4-cü dərəcəli texniki termik yanığı diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün İ.Abbasov Bakıdakı xəstəxanalardan birinə göndərilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər