Azərbaycanlı rəssam 74 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam Elman Cəfərov 74 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə onun işlədiyi Naxçıvan Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində bildirilib.
Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi işləyib.
Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub.
Rəssamın yaradıcılığında "Babək"in atlı heykəli, "Dədə Qorqud"un ilkin heykəli, "Mir Həsən Seyidov"un büstü və digər monumental əsərlər xüsusi yer tutur.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...