Azərbaycanın Əməkdar həkimi vəfat edib - FOTO

Azərbaycanın Əməkdar həkimi vəfat edib - FOTO
Hadisə 101

Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M.Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib. O, 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub. 2010-cu ildə ona Azərbaycanın əməkdar həkimi fəxri adı verilib.

Azərbaycanın Əməkdar həkimi vəfat edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...

2049 Hadisə 19:09 02 yanvar 2022

Son xəbərlər