"Azərbaycanfilm" kinostudiyasında nə partlayıb? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
Oxşar xəbərlər
Arif Əfəndiyev vəfat etdi
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib. BAKU.WS xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib. Xatırladaq ki, A....