Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı - FOTO

Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı - FOTO
Hadisə 438

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılıb.

İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyul­duğun­dan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olunub.

Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin əraziyə yaxın­laşa­raq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunmuş və onlar hadisə yerindən uzaqlaş­mağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri - 1980-ci il təvəllüdlü Mehdiyev Qərib Aqil oğlu, 1974-cü il təvəllüdlü Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini, 1967-ci il təvəl­lüdlü Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilib. Bağlamaya baxış keçirərkən qara rəngli polietilen sellofanda 4 374 qram narkotik vasitə - marixuana və 254 qram metofitamin aşkar olunub.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər