Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
"Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
***08:17
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.
Onu tanımadığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” - YENİLƏNİB + FOTO/VİDEO
“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”. Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb...