Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldılar
13
sen
2023
20:21
Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarılıb.
Eyni zamanda S.Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vəzifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar.
Oxşar xəbərlər
Mövlam Şixəliyevin orden və medalları alınıb - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbəni...