Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli dünyasını dəyişib.
Qeyd edək ki, O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.
2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dir...