Azərbaycanda tələbə əməliyyatdan 3 gün sonra vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.
Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib:
"Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.
Oxşar xəbərlər
Ruhəngiz Qasımova dəfn edilib - FOTO/VİDEO
Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn edilib. Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında torpağa tapşırılıb. O, həyat yol...