Azərbaycanda silahlı şəxs saxlanıldı

Azərbaycanda silahlı şəxs saxlanıldı
Hadisə 119

Ağdamda silahlı şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb.

Avtomobilə baxış zamanı "AK" markalı avtomat, bir patron darağı, 29 patron və bir süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə...

119 Hadisə 23:57 17 sentyabr 2026

Son xəbərlər