Azərbaycanda qəza zamanı maşın yandı - DƏHŞƏTLİ ANLAR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində üç avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri yanıb.
BAKU.WS xəbər verir ki, yanğın hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Şəhərin Gülüstan qəsəsəbəsində, Gəncə-Göygöl magistral yolunda baş verən qəza zamanı həyəcanlı anlar yaşanıb.
Əmrullayev Hicran Telman oğlunun idarə etdivi "VAZ 21-06" markalı avtomobil qarşı tərəfdən gələn Kazımov Səbuhi İkram oğlunun idarə etdiyi eyni markalı avtomobillə toqquşub, daha sonra isə Verdiyev Saleh Polad oğlunun idarə etdiyi "Toyota Camry" markallı avtomobillə toqquşub. Nəticədə maşınlardan biri alışıb.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları və Nizami rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanan avtomobil söndürülüb.
Oxşar xəbərlər
Gəncədə "VAZ" maşınları toqquşdu, avtomobillərdən biri yandı - FOTO
Gəncə şəhərində üç avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri yandı. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qə...