Gəncədə "VAZ" maşınları toqquşdu, avtomobillərdən biri yandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində üç avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri yandı.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəsəbəsində, Gəncə-Göygöl magistral avtomobil yolunda baş verib.
Əmrullayev Hicran Telman oğlunun idarə etdivi "VAZ 21-06" markalı avtomobil qarşı tərəfdən gələn Kazımov Səbuhi İkram oğlunun idarə etdiyi eyni markalı avtomobillə toqquşub, daha sonra isə Verdiyev Saleh Polad oğlunun idarə etdiyi "Toyota Camry" markallı avtomobillə toqquşub. Nəticədə maşınlardan biri alışıb.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları və Nizami rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanan avtomobil söndürülüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qalereya
Oxşar xəbərlər
Qohumunun evində arvadını... - Ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL – Azərbaycanda ŞOK CİNAYƏT
Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il t...