Azərbaycanda qəbiristanlığın olmadığı yaşayış məntəqəsi: İnsanlar başqa yerlərdə dəfn edilirlər
Daşkəsən Azərbaycanda qəbiristanlığın olmadığı yeganə şəhər tipli yaşayış məntəqəsidir.
Burada yaşayan sakinlər vəfat edən yaxınlarını müxtəlif ərazilərdəki qəbiristanlıqlarda dəfn etməli olurlar.
"Kimsə öləndə hərə öz kəndindəki qəbiristanlıqda, yaxud qohumlarının yaşadığı başqa yerlərdə dəfn edilir. Yaxınlarımızı buradan kilometrlərlə uzağa aparmalı oluruq", - deyə sakinlər bildiriblər.
Qeyd edək ki, rayonun mərkəzində yalnız Şəhidlər xiyabanı var ki, burada Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş 38 şəhidimiz dəfn olunub.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Rüstəm...