Azərbaycanda qatar kişini vurub ÖLDÜRDÜ
21
iyn
2022
14:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda yük qatarı piyadanı vuraraq öldürüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Böyük Kəsik-Bakı dəmir yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Yük qatarı 25-30 yaşlı kişini vurub. Ağır xəsarət alan, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində ölüb.
Maşinistin sözlərinə görə, qatarın qarşısına çıxan kişi siqnala məhəl qoymayaraq dəmir yolundan çıxmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...