Azərbaycanda qanlı cinayət - Qohum qohumu öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 6-da saat 23 radələrində Biləsuvar rayonu ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qohumu 1989-cu il təvəllüdlü Ayxan Heydərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Ayxan Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...