Azərbaycanda polis intihar etdi

Azərbaycanda polis intihar etdi
Hadisə 4135
Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub.Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb.Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sevgilisini öldürüb krana çıxan şəxs tutuldu - YENİLƏNİB

Sevgilisini öldürüb krana çıxan şəxs tutuldu - YENİLƏNİB

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Bildir...

1146 Hadisə 14:56 07 iyun 2019

Son xəbərlər