Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var

Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var
Hadisə 450
Qusar rayonunda yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi "Ford-Transit" markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetməni itirərək yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər - Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Mikroavtobus Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedirmiş, içərisindəkilərin də Bakı şəhər sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daha bir mikroavtobus qəzası - FOTO

Daha bir mikroavtobus qəzası - FOTO

Şəki rayonunda yol qəzası baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən h...

882 Hadisə 14:08 10 iyul 2019

Son xəbərlər