Azərbaycanda məmurun ölüm səbəbi bilindi! - Əmisi əməliyyat edib
18
okt
2019
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşının ölüm səbəbi məlum olub.BAKU.WS trend-ə istinadla xəbər verir ki, Rəşad Rüstəmovun ölümünə səbəb tromboemboliya olub.Bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, ölən şəxsin əmisi oğlu Fövzi Tahirov bildirib:“R.Rüstəmov oktyabr ayının 13-ü yıxılaraq xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya gətirilib, onun ev şəraitində müalicə alması yalan söhbətdir.O, şəkər xəstəsi idi və ayaqlarından başqa biləyi sınmışdı, başından da travma almışdı.Rəşad üç gün hazırlıqdan sonra əməliyyata alındı və hər şey uğurla keçdi. Təəsüf ki, sonra tromboemboliyadan dünyasını dəyişdi”.F.Tahirov qeyd edib ki, əməliyyat boyü özü ilə birgə bütün aydiyyəti həkimlər orada olublar.
Oxşar xəbərlər
Azərbaycanda məmur müəmmalı şəkildə vəfat etdi
Xocavənd rayon ictimaiyyətinin nümayəndəsi müəmmalı şəkildə vəfat edib.BAKU.WS xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rü...