Azərbaycanda məktəbdə yanğın - VİDEO

Azərbaycanda məktəbdə yanğın - VİDEO
Video
Hadisə 64

Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Bu səbəbdən hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.

Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə həmçinin polis və təcili yardım əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər