Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.
Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 25-də Sabirabad rayonunın Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və 1 müəllim olmaqla cəmi 12 şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib. Hazırda vəziyyəti qənaətbəxş olan 12 şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...