Azərbaycanda iki şirkət barədə iş qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” və “Bakı Qida və Yağ Fabriki” MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.
Oxşar xəbərlər
Əli Həsənova bağlılığı olan daha dörd şirkət ləğv olunur - SİYAHI
Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır. BAKU.WS-in...