“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən BAKU.WS-ə bildirilib.
Qurum tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.
Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.
Oxşar xəbərlər
Akif Çovdarov: “Əsl rüşvətxorların adını söyləyəcəyəm”
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin...