Azərbaycanda heyvan bazarında gənc oğlanı ölümcül döydülər

15
noy
2019
16:18
Bərdə rayonunda gənc oğlan döyülüb.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda kirayədə yaşayan 62 yaşlı Bərdə sakini itkin düşüb
Bakıda 62 yaşlı kişi itkin düşüb. BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.Bərdə rayon sakini Tünzalə Misirxanova polisə məlumat v...