Azərbaycanda həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat edib

Azərbaycanda həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat edib
Hadisə 207

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər