Azərbaycanda qadınlar zəhərlənib
Ağstafada zəhərlənmə hadisəsi olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, rayon sakini, 39 yaşlı Sevinc Osmanova dəm qazından zəhərlənib.
Zərərçəkən yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər S.Osmanovanın vəziyyətini sabit qiymətləndirir.
Bundan başqa, Sabirabadda da qadın dəm qazından zəhərlənib. Hadisə Muğan prospekti, döngə 4, ev 3-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Əliyeva Bədirə Nəsir qızı dəm qazından zəhərlənib.
Zərərçəkən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. BAKU.WS bildirir ki, KTM-dən verilən məlumata görə, onlar ara...