Azərbaycanda gənci bıçaqladılar, xanımını maşınla vurdular - TƏFƏRRÜAT
Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.
BAKU.WS xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.
Belə ki, 41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.
İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.
Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.
Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...