Azərbaycanda gecə tanınmış aparıcının evinin bağçasına meteorit düşüb
Azərbaycanlı teleaparıcı Leyla Mustafayevanın evinin bağçasına meteorit düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə teleaparıcı özü sosial şəbəkə hesabında paylaşıb.
"Gecə həyətimə düşən asteroid, kometa, ya da daha doğrusunu bilənlər yazsın" - deyə səma cismini əlində tutan aparıcı qeyd edib.
Xatırladaq ki, meteoritlər (atmosferə daxil olub Yer səthinə çatan meteoroidlər) kometalardan daha tez-tez Yerə düşür. Onların sıxlığı ölçülərinə görə dəyişir. Hər gün Yer atmosferinə 100 ton meteoroid tozu və xırda parçalar daxil olur, lakin bunlar atmosferdə yanaraq yox olur. İl ərzində isə təxminən 500-1000 meteorit Yer səthinə çata bilir, lakin əksəriyyəti dənizlərə və ya yaşayış olmayan ərazilərə düşür.
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...