Azərbaycanda Əməkdar jurnalist vəfat edib
Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.
Bu barədə Mətbuat Şurasından bildirilib.
"Şuranın İdarə Heyətinin üzvləri "Səs" qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər", - məlumatda bildirilir.
V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi "Tərəqqi" medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir?
Şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulan Harri Kasparov ABŞ və Litva xüsusi xidmət orqanlarının onun həyatı üçün təhlükə barədə xəbərdarlıq etdiyini aç...