Azərbaycanda dəhşətli infeksion xəstəlik yayıldı: Bir nəfər ölüb

Azərbaycanda dəhşətli infeksion xəstəlik yayıldı: Bir nəfər ölüb
Hadisə 12619
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir. Bildirilib ki, qarayara xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu hadisəyə qədər qarayara xəstəliyindən ölən olmayıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: EYOF və “JARA” festivalları ilə əlaqədar həkimə 5 müraciət daxil olub

Səhiyyə Nazirliyi: EYOF və “JARA” festivalları ilə əlaqədar həkimə 5 müraciət daxil olub

Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət daxil olub.Səhiyyə Nazi...

441 Hadisə 10:38 26 iyul 2019

Son xəbərlər