Qaxda 49 yaşlı kişi müəmmalı şəkildə ölüb
17
iyn
2019
10:34
Qax rayonunun Qaxbaş kənd sakini, 1970-ci il təvəllüdlü Anar Fazil oğlu Bayramov bu gecə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, A.Bayramov iyunun 15-də səhəti ilə bağlı xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Elə həmin gün axşam saatlarında A.Bayramov öz arzusu ilə xəstəxananı tərk edib. İyunun 16-sı axşam saat 23:00 radələrində A.Bayramov Qax Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım söbəsinin əməkdaşları tərəfindən yaşadığı ərazidən xəstəxanaya gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilib. A.Bayramov xəstəxanaya daxil olduqdan bir neçə saat sonra dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qadınlar gilas ağacından yıxıldılar
İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdl...