Qadınlar gilas ağacından yıxıldılar
13
iyn
2019
09:35
İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Rəcəbəli qızı Məmmədova və Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Nəzakət Müseyf qızı Həziyeva gilas ağacından yıxılıblar.BAKU.WS APA-ya istinadən xəbər verir ki, eyni gündə, müxtəlif saatlarda ağacdan yıxılan sakinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxansına daxil olublar.Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı hər üç qadının yaşadıqları ünvanda gilas yığıan zaman ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması məlum olub.Yaralılardan G.Ağaməmmədovanın və N.Həziyevanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. İ.Məmmədovanın xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.Hər üç faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada qaynı tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib
Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, rayonun Qandax kənd sakini, 1984-cü il təvəllüdlü Esmira Şirin qızı...