Azərbaycanda DƏHŞƏT - ana özünü körpəsini parçalayan itin qarşısına atdı

Azərbaycanda DƏHŞƏT - ana özünü körpəsini parçalayan itin qarşısına atdı
Hadisə 5184
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.BAKU.WS sputnik.az-a istinadla xəbər verir ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib.Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb.

Oxşar xəbərlər

Ağstafa sakinləri küçə itlərinin hücumuna məruz qalıb - FOTO

Ağstafa sakinləri küçə itlərinin hücumuna məruz qalıb - FOTO

Ağstafa rayonunda son 2 gün ərzində 13 nəfər küçə itlərinin hücumuna məruz qalıb.BAKU.WS report-a istinadən xəbər verir ki, itdişləmə faktı ilə Ağstafa Rayon Mə...

488 Hadisə 09:22 07 iyun 2019

Son xəbərlər