4 yaşlı Hüseynin atası: "Həkim zəmanət vermir"
23
apr
2019
10:57
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun vəziyyəti yaxşılaşır.BAKU.WS xəbər verir ki, bunu Trend-ə uşağın atası Qismət Məmişov deyib.Onun sözlərinə görə uşaq özünü yaxşı hiss edir:“Uşağın vəziyyəti yaxşıdır. Lakin həkim sabah, birigün nə olacağı ilə bağlı zəmanət vermir. 40 gün gözləmək lazımdır. Oğlumun üzünü əməliyyat etdilər, lakin mənə onun can sağlığı lazımdır. İndi özünü yaxşı hiss edir. Xəstəxanadan nə vaxt çıxacağı isə hələlik bəlli deyil”.Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.
Oxşar xəbərlər
"Sahibsiz itlərin hamısı öldürülməlidir" - Araz Əlizadə üzü parçalanan uşaqdan danışdı
Milli Məclisin deputatı Araz Əlizadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb. BAKU.WS demokrat.az-a istinadən...