Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO +18
22
apr
2019
08:34
Azyaşlının üzünü it parçalayıb.BAKU.WS-in Unikal.org-a istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb.Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ağdaşda məktəb direktorunun qoyunlarını canavar parçalayıb
Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, ötən gün rayonun Yenicə kənd orta məktəbinin di...