Masazırda BƏDBƏXT HADİSƏ: 3 yaşlı uşaq 6-cı mərtəbədən YIXILDI - VİDEO
21
yan
2018
09:37
3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yıxılıb. Hadisə ötən axşam saatlarında baş verib. Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xoşbəxtlikdən sağ qalıb.Valideyn məsuliyyətsizliyi az qalsın ki, uşağın canı bahasına başa gələcəkdi.6 -cı mərtəbədən yığılan 3 yaşlı uşaq ağır xəsarət alıb.Hadisə Abşeron rayon Masazır qəsəbəsində baş verib. 2014-cü il təvəllüdlü Ağayev Əlmurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindan yerə yıxılıb.Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Ağır xəsarət alan azyaşlı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan özəl klinikalardan birinə köçürülüb.Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta-ağır olaraq qalır. Hazırda onun müalicəsi davam edir.Məlumata görə, uşağın anası onu yatan halda evdə qoyaraq mağazaya gedib. Evə qayıdarkən isə ağır mənzərənin şahidi olub. Bu fakt bir daha onu göstərir ki, bu cür azyaşlıları nəzarətsiz qoymaq olmaz. Əks halda faciə qaçılmaz ola bilər.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 2 yaşlı uşaq binadan yıxıldı, azyaşlı sağ qalıb
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2 yaşlı İsmayı...