4 yaşlı Hüseynə görə fond və icra hakimiyyəti hərəkət keçdi - VİDEO
22
apr
2019
14:44
Aprelin 16-da Sulutəpə qəsəbəsində quduz itin 4 yaşlı Hüseynin üzünü parçalamasından sonra müvafiq qurumlar diqqəti bu hadisəyə yönəldib.BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri (RİİB) bu gün 1 saylı Klinik Xəstəxanada olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.Xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.Lakin uşağın atası Qismət Məmişovun əsas istəyi yiyəsiz itlərin küçələrdən yığışdırılması, “birka”lanması və peyvənd olunmasının həyata keçirilməsidir.Q.Məmişov bildirib ki, hadisə vaxtı oğlu Hüseyn həyətdə çəpərin kənarında oturub çəpərin digər tərəfində oturan həmyaşıdı qonşu uşaqla söhbət edirmiş. Evin hasarı olmadığı üçün it qəfildən həyətə girib və Hüseynin üzündən yapışaraq bir neçə metr də sürüyüb. Hadisə vaxtı anası qızlarını dərsdən gətirmək üçün məktəbə gedibmiş. Qonşuların səs-küyündən sonra it uşağı yerə ataraq qaçıb. Qismət Məmişov bildirir ki, aprelin 27-də 4 yaşı tamam olacaq Hüseyn həmin zaman şokda olduğu üçün heç ağlamayıb da. Hüseyni ilk olaraq Xocəsən uşaq xəstəxanasına aparıblar. Oradan isə təcili tibbi yardım maşını ilə “Semaşko”ya gətirilib. Burada isə lazımi bütün müayinələr aparılıb, quduzluq əleyhinə peyvənd vurulub, Hüseyn üzündən əməliyyat olunub, itin parçaladığı hissələr tikilib. Atasının sözlərinə görə, həkimlər uşaqla bağlı konkret bir proqnoz deyə bilmirlər: “Deyirlər ki, itin öldüyü gündən 40 gün gözləməliyik, ondan sonra quduzluğun keçib-keçmədiyi bəlli olacaq. İt uşağı dişləyəndən 3 gün sonra təkrar gəlib bizim həyətdə öldü”.
Oxşar xəbərlər
Üzünü it parçalayan uşağın vəziyyəti ilə bağlı həkimi danışdı
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun yanağında böyük dişlənmiş...