Azərbaycanda çaqqal 4 yaşlı uşağa hücum etdi (FOTO)

Azərbaycanda çaqqal 4 yaşlı uşağa hücum etdi (FOTO)
Hadisə 1328

Lənkəran rayonunda 4 yaşlı uşaq çaqqal hücumuna məruz qalıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Şürük kəndində qeydə alınıb.

Belə ki, Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqdan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqalın caynağından xilas edə bilib.

Üzündən və ayağından xəsarətlər alan S.Əzizov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ancaq evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan çaqqal yenidən onların və ətrafdakı digər insanların üzərinə də hücum çəkib.

Kənd sakinləri çaqqalın gündüz vaxtı yaşayış məntəqəsinin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.

BAKU.WS

Oxşar xəbərlər

Tovuzda İYRƏNC HADİSƏ - Sərxoş kişi 11 yaşlı qızı yerə yıxdı...

Tovuzda İYRƏNC HADİSƏ - Sərxoş kişi 11 yaşlı qızı yerə yıxdı...

Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb...

6348 Hadisə 09:12 10 oktyabr 2018

Son xəbərlər