Bakıda uşağa 5 it hücum etdi – Şoka düşdü…
05
okt
2017
19:17
Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.BAKU.WS
Oxşar xəbərlər
"İynə vurdu, uşaq əlimizdə keçindi" - Xəstəxanada ölən 6 yaşlı uşağın nənəsi DANIŞDI - VİDEO
Bərdə rayonunda azyaşlı xəstəxanada dünyasını dəyişib.ARB TV xəbər verir ki, hadisə ötən gün mərkəzi uşaq xəstəxanasında qeydə alınıb.6 yaşlı Səma Vəlizadə yüks...