"Sahibsiz itlərin hamısı öldürülməlidir" - Araz Əlizadə üzü parçalanan uşaqdan danışdı
22
apr
2019
15:47
Milli Məclisin deputatı Araz Əlizadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb. BAKU.WS demokrat.az-a istinadən xəbər verir ki, deputat bildirib ki, sahibsiz itlərin hamısı öldürülməlidir:"Sahibsiz itləri öldürən adamlara qarşı cərimə tətbiqi düzgün deyil. Sovet İttifaqı dövründə də sahibsiz itlər öldürülürdü. Hətta, bununla bağlı xüsusi İdarə var idi. Sahibsiz itləri öldürmək lazımdır. Hər zaman sahibsiz itləri öldürüblər". Araz Əlizadə Azərbaycanda itlərin xüsusi yerlərdə öldürülməsinə tərəfdar olduğunu bildirib:"Sahibsiz itləri camaatın gözü qabağında öldürmək də olmaz. Uşaqların psixologiyasına pis təsir edər. Yaxşı olar ki, sahibsiz itləri müəyyən olunan yerlərdə öldürsünlər".
Oxşar xəbərlər
Bakıda küçə itlərini kim öldürür? - Bakı meriyasından AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə itlərin küçələrdə, zibil yeşiklərinin yanında leşlərinin fotoları yayılır. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şə...