Nazirlikdən sahibsiz itlərin güllələnməsi ilə bağlı xəbərlərə REAKSİYA

Nazirlikdən sahibsiz itlərin güllələnməsi ilə bağlı xəbərlərə REAKSİYA
Sosial 1319
Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə daxil olan xəbərə görə, qurum heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır. Bildirilir ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb. BAKU.WS

Son xəbərlər