Ağstafa sakinləri küçə itlərinin hücumuna məruz qalıb - FOTO

Ağstafa sakinləri küçə itlərinin hücumuna məruz qalıb - FOTO
Foto
Hadisə 488
Ağstafa rayonunda son 2 gün ərzində 13 nəfər küçə itlərinin hücumuna məruz qalıb.BAKU.WS report-a istinadən xəbər verir ki, itdişləmə faktı ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərin hamısına tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.Yerli sakinlər son vaxtlar sahibsiz itlərin sayının artdığını və buna görə, küçələrdə sağlamlıqları üçün təhlükə olduğunu bildiriblər.Zərərçəkənlərdən biri - Ağstafa rayon sakini Qurban Qurbanovun dediyinə görə, onu it yaşadığı evin qarşısında dişləyib."Ətrafdakılar köməklik etdi. İnanın, həmin itin qarşısına uşaq çıxsaydı, onun vəziyyəti daha da ağır ola bilərdi".Daha bir sakin, Q.Zeynalova isə küçədə 7 itin hücumuna məruz qalıb və itlərdən biri onu da dişləyərək xəsarət yetirib.Bu cür hallar son zamanlar Ağstafa rayonunda tez-tez baş verir.

Son xəbərlər