Azərbaycanda dəhşətli hadisə: Bacı-qardaş quyuda boğularaq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü Əfsanə Rövşən qızı İsmayılova və onun qardaşı, 2014-cü il təvəllüdlü Cahan Rövşən oğlu İsmayılov həyatını itirib.
Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub.
Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna aparılıb. Müvafiq baxış keçirildikdən sonra meyitlər ailələrinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...