Şamaxı və Xızıda zəlzələ oldu - Yaşayış məntəqələrində hiss olundu
Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.
![]()
***
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb", – məlumatda qeyd olunub.
Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.
Oxşar xəbərlər
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb. Bel...