Azərbaycanda 51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU
01
fev
2025
21:41
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə, sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 13 yaşlı qızın ölümü ilə nəticələnən AĞIR QƏZA
Bu gün saat 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Po...