Azərbaycanda 21 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər

10
fev
2020
15:06
Goranboy rayonunda qonşular arasında dava qanla bitib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qızılhacılı kəndində baş verib.
Mübahisə zəminində 21 yaşlı Faiq İsgəndərov bıçaqlanıb. O, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə yerindəcə keçinib.
İlkin məlumata görə, Faiq İsgəndərovu qonşusu qətlə yetirib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb. Qətli törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
DƏHŞƏTLİ OLAY: Azərbaycanda ata oğlunu ev üstündə öldürdü - FOTO
Göygöl rayonunda ağır qətl hadisəsi qeydə alınıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Nadel kəndində baş verib. Ata 1950-ci il tə...
