Azərbaycanda toyda kütləvi dava - dostunu ürəyindən bıçaqladı

Göygöl rayonunda kütləvi dava baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb.
İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb.
Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Oxşar xəbərlər
Bakıda Facebook-da təhqirə görə kütləvi dava düşdü
Bakıda çayxanada kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb."Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.Rayon ərazisində fəaliyyət göstərən çayxa...
