Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın öldürüldü - VİDEO

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, metronun "Dərnəgül" stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb. Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.
Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ - Bakıda ağır yol qəzası baş verib, ölənlər var - YENİLƏNİB
Baş verən yol qəzası Yahya Hüseynov küçəsi 87 ünvanında qeydə alınıb. Bu barədə Binəqədi rayon Polis idarəsi 6-cı polis bölməsindən BAKU.WS-ə məlumat verilib. B...
